Atası Neymarın gələcəyindən danışdı

  • 18 Fevral 2025, 18:09

"Santos"un futbolçusu Neymarın atası oğlunun Braziliya klubundakı gələcəyindən danışıb.

Sportlife.az xəbər verir ki, o, klubla müqavilənin müddətini uzatmağı düşündüklərini bildirib:

“Bizim layihə sadəcə beş ay üçün nəzərdə tutulmayıb. "Santos" elə klub deyil. Neymar buraya uğur qazanmaq üçün gəlib".

Neymar 2009-2013-cü illərdə də "Santos"un formasını geyinib. Onun hazırkı müqaviləsi yaya kimidir.


Paylaş: