Azarkeşlərini daşıyan avtobus aşdı
Braziliyanın "Flamenqo" klubunun azarkeşlərini daşıyan avtobus Rio-de-Janeyro şəhər mərkəzində aşıb.
Sportlife.az xəbər verir ki, hadisə fanatlar "Rasinq" klubuna qarşı Libertadores Kuboku yarımfinalının cavab oyunu üçün Argentina paytaxtına gedərkən baş verib.
Qəza nəticəsində 4 sərnişin ağır, 10-u orta və 32-si isə yüngül xəsarət alıb. Avtobus sürücüsünün də vəziyyəti ağırdır.
Məlumata görə, avtobusdan əşyaların oğurlanması səbəbindən azarkeşlər arasında dava da düşüb.