
"Barselona" Levandovskini buraxmaq istəmir
Robert Levandovskinin “Barselona”dakı karyerası uzana bilər.
Sportlife.az xəbər verir ki, Kataloniya klubu polşalı hücumçu ilə 2027-ci ilə qədər müqavilə imzalamağı planlaşdırır.
37 yaşlı forvardın klubla hazırkı sözləşməsi bu ilin yayında başa çatacaq.
Levandovski bu mövsüm La Liqada 23 oyun keçirib və 20 qol vurub.