"Barselona" liviyalı futbolçu ilə maraqlanır
"Barselona" Almaniyanın "Köln" klubunda oynayan 19 yaşlı sol cinah oyunçusu Said El Mal ilə maraqlanır.
Sportlife.az xəbər verir ki, Kataloniya nəhəngi cari mövsümün sonunda oyunçu ilə müqavilə imzalamağı düşünür.
"Barselona"dan başqa, Bundesliqanın aparıcı klubları və bir neçə Avropa komandası da futbolçunu yaxından izləyir.
"Köln" klubu istedadlı oyunçusu üçün gələn təklifləri nəzərdən keçirməyə hazırdır və bu satışdan 30 milyon avro qazanmaq niyyətindədir.