"Barselona"da ciddi itki

  • 2 Dekabr 2025, 17:54

"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq La Liqanın 19-cu turunda "Atletiko" ilə oyunu buraxacaq.

Sportlife.az xəbər verir ki, 28 yaşlı futbolçu xəstəlik səbəbindən oyunda iştirak edə bilməyəcək.

Görüş bu gün "Kamp Nou" stadionunda keçiriləcək.

Niderlandlı futbolçu bu mövsüm bütün yarışlarda 15 oyun keçirib və iki məhsuldar ötürmə edib.


Paylaş: