"Barselona"dan "Kamp Nou" açıqlaması

  • 17 Noyabr 2025, 18:38

"Barselona"nın "Kamp Nou" stadionuna dönüş tarixi açıqlanıb.

Sportlife.az xəbər verir ki, komanda  İspaniya La Liqasının XIII turunda "Atletik”i yenicə təmirdən çıxmış arenada qəbul edəcək. Qarşılaşma noyabrın 22-də keçiriləcək.

Qeyd edək ki, "Barselona" 12 oyundan sonra 28 xalla turnir cədvəlində ikinci yerdədir. Komandanı lider "Real"dan cəmi 3 xal ayırır.


Paylaş: