Baş məşqçi 1 milyona ev aldı

  • Dünən, 10:57

Rusiya milli komandasının baş məşqçisi Valeri Karpin Estoniyada ev alıb.

Sportlife.az xəbər verir ki, mütəxəssis daşınmaz əmlak üçün  təxminən 1 milyon avro ödəyib.

Karpin Tallinndən 15 kilometr aralıda yerləşən turizm məkanı olan Prinqi kəndində 567 kvadratmetr sahəsi olan üçmərtəbəli kərpicdən tikilmiş kottecin sahibi olub.

Karpin, həyat yoldaşı Daria və qızlarının Estoniya vətəndaşlığı var.


Paylaş: