“Bavariya” heyətini gücləndirdi

  • 8 İyul 2024, 12:10

22 yaşlı Maykl Olise "Kristal Pelas"dan "Bavariya"ya keçib.

Sportlife.az xəbər verir ki, bu barədə məlumatı Münhen klubunun rəsmi saytı yayıb. 

Tərəflər arasında müqavilə 2029-cu ilin yayına qədər bağlanıb. "Bavariya" Olisenin keçidi üçün qarşı tərəfə 53 milyon avro ödəyəcək. Daha 5,9 milyonun isə bonuslar şəklində verilməsi nəzərdə tutulub.


Paylaş: