
"Beşiktaş"dan İmmobile qərarı
"Beşiktaş" futbolçusu Çiro İmmobile ilə vidalaşmağa hazırlaşır.
Sportlife.az xəbər verir ki, italiyalı hücumçunun mövsümün sonunda komandadan ayrılacağı gözlənilir.
İstanbul klubu illik 6 milyon avro maaş alan 34 yaşlı forvardı göndərməklə, artıq xərcdən qurtulmaq istəyir.
"Qara qartal" yayda onun əvəzinə yeni mərkəz hücumçusu transfer etməyi planlaşdırır.