"Bir zərbə bizi AVRO-2024-dən ayırdı"

  • Bu gün, 19:23

Uels millisinin baş məşqçisi Rob Peyc Avropa çempionatının pley-off matçında Polşaya məğlubiyyəti (0:0, penaltilər - 5:4) şərh edib.

Sportlife.az xəbər verir ki, mütəxəssis UEFA-nın mətbuat xidmətinə açıqlamasında “Bu, amansız oyundur. Bunu oyunçulara dedim. Bir zərbə bizi AVRO-2024-dən ayırdı. Bu çox ağrılıdır. Fasilə zamanı futbolçuları əmin etdim ki, biz daha yaxşıyıq, bu matçda qalib gələcəyik. İndi məyus olduq, amma görün nə qədər irəli getmişik. Bu komandada hər şey qaydasındadır" deyib.

AVRO-2024-də Polşa millisi Avstriya, Hollandiya və Fransa ilə D qrupunda mübarizə aparacaq.


Paylaş: