
"Borussiya"n ulduzu İngiltərə yolunda
Dortmund "Borussiya"sının vingeri Ceymi Gittens karyerasını İngiltərədə davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə "Arsenal", "Tottenhem" və "Çelsi" maraqlanır. Dortmundlular futbolçu ilə nə az, nə çox, 102 milyon avro tələb edir.
Gittens bu mövsüm 33 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Transfermarkt portalı futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.