"Çəkiclilər"lə razılaşdı

  • Dünən, 18:53

"Brayton"un hücumçusu İvan Ferqyuson icarə əsasında "Vest Hem"ə keçib.

Sportlife.az xəbər verir ki, tərəflər bu barədə şifahi razılığa gəliblər və yaxın vaxtlarda irlandiyalı futbolçu tibbi müayinədən keçəcək. İcarə müqaviləsi yaya qədərdir və "çəkiclilər" oyunçunun maaşını tam ödəyəcək.

20 yaşlı forvard cari mövsümdə "qağayılar"ın heyətində 15 oyuna çıxıb və 1 qol vurub.


Paylaş: