"Çelsi"nin sabiq futbolçusu ölüm ayağında
"Çelsi"nin qadın futbolçulardan ibarət komandasının sabiq üzvü Lamişa Musonda ölüm ayağındadır.
Sportlife.az xəbər verir ki, 33 yaşlı veteran oyunçu səhhətindəki ciddi problemlərlə mübarizə aparır.
Sosial şəbəkə hesabında paylaşım edən Musonda ömrünün son günlərini yaşadığını və ölümünə çox az qaldığını bildirib.
O, vəziyyətinin kritik olmasına baxmayaraq, son nəfəsinə qədər mübarizə aparacağını vurğulayıb.