
"Çelsi"nin transfer siyasəti tənqid olundu
"Aston Villa"nın və İngiltərə millisinin sabiq hücumçusu Qabriel Aqbonlahor "Çelsi"nin transfer siyasətini tənqid edib.
Sportlife.az xəbər verir ki, o, bəzi oyunçuların onlara verilən pula layiq oyun sərgiləmədiyini bildirib:
"Onlar sadəcə oynamırlar. Netu "Brayton"la matçda öz oyunçusunu saxlamaq üçün heç bir cəhd göstərmədi. O, çoxlu pul üçün gəlib. Madueke bir həftə yaxşı, növbəti həftə pis oynayır. Fernandes yarımmüdafiədə təzyiq altındadır. Düzünü desəm, liderlik və keyfiyyət çatışmazlığı var. Nə qədər xərclədiklərini və israf etdiklərini təsəvvür etmək qorxuncdur.
Badiaşil kluba 42 milyon avroya başa gəldi və biz onun oyununu heç görmədik. Mudrik fəlakətl transfer idi. Entso, Netu və Nkunku da baha alındı. Feliks üçün 54 milyon avro xərcləyib, sonra onu icarəyə göndərdilər. Görün, nə qədər pul xərclədilər".