"Çempionlar Liqasının yarımfinalına çıxmağa layiq idik"

  • 18 Aprel 2024, 13:36

"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri İngiltərə klubunun Çempionlar Liqasından uzaqlaşması ilə bağlı fikirlərini bölüşüb.

Sportlife.az xəbər verir ki, Rodri "Madrid Universal"a açıqlamasında “Biz bilirdik ki, “Real” penaltilərdə daha yaxşıdır. "Mançester Siti" yarımfinala yüksəlməyə layiq idi" deyib.

“Mançester Siti” penaltilərdə “Real Madrid”ə uduzaraq Çempionlar Liqasında vaxtını başa vurub. "Los Blankos" yarımfinalda "Bavariya" ilə qarşılaşacaq.


Paylaş: