Danışıqlar dalana dirəndi
"Real" və Vinisius Junior arasında müqavilənin uzadılması ilə bağlı danışıqlar dalana dirənib.
Sportlife.az xəbər verir ki, danışıqlar 2026-cı il dünya çempionatından sonra davam edə bilər. Vingerin hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.
İddiaya görə, bu ilin mayında klub və oyunçunun nümayəndələri braziliyalı futbolçunun ildə 20 milyon avro qazanacağı barədə razılığa gəlməyə yaxın idilər. O, əlavə 10 milyon avro bonus ala bilərdi. Lakin Vinisiusun ətrafı klubun son təklifinin əvvəlcə müzakirə ediləndən fərqli olduğuna və üstəlik, bonusların daxil olmadığına onu inandırıb.
O vaxtdan bəri danışıqlar dayandırılıb.
Hazırkı müqaviləyə əsasən, Vinisius ildə 17 milyon avro qazanır.