Derbi əcnəbi hakimə tapşırılacaq

  • 19 Fevral 2025, 14:22

"Qalatasaray" - "Fənərbağça" oyununu türkiyəli hakim idarə etməyəcək.

Sportlife.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu deyib.

Onun sözlərinə görə, Türkiyə Superliqasının XXV turu çərçivəsində keçiriləcək görüş başqa ölkədən olan referiyə tapşırılacaq. Hələlik baş hakimin adı açıqlanmır.

Qeyd edək ki, İstanbul derbisi Bfevralın 24-də keçiriləcək.


Paylaş: