
“Everton” sabiq məşqçisinə tapşırıldı
Premyer Liqada qalmaq uğrunda mübarizə aparan "Everton"un yeni baş məşqçisi bəlli olub.
Sportlife.az xəbər verir ki, Şon Dayçla yolları ayıran Liverpul klubu onun yerinə sabiq çalışdırıcısi Devid Moyesi gətirib. Təcrübəli mütəxəssislə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb.
Moyes daha öncə 2004-13-cü illər arasında "Everton"a başçılıq edib. Onun son iş yeri "Vest Hem" klubu olub.