“Fənərbağça” təcrübəli müdafiəçisi ilə yolları ayırır

  • 8 İyul 2024, 15:25

"Fənərbağça" müdafiəçisi Serdar Azizlə yolları ayıracaq.

Sportlife.az klubun mətbuat xidmətinə əsasən məlumat verir ki, təcrübəli futbolçu İstanbul klubunun planlarına daxil deyil. Ona başqa klublarla görüşmək üçün icazə verilib.

Serdar Aziz 2019-cu ilin yanvarından "Fənərbağça"da çıxış edirdi. O, "sarı-lacıvərdlilər"də  ümumilikdə 135 oyuna çıxıb.


Paylaş: