
FIFA prezidenti konfransa gecikdi
Paraqvayın Asunson şəhərində keçirilən FIFA konfransı gecikmə ilə başlayıb.
Sportlife.az xəbər verir ki, buna ali futbol qurumunun prezidenti Canni İnfantinonun iclasa 3 saat gecikməsi səbəb olub.
Funksioner buna görə konfrans iştirakçılarından üzr istəyib: "Uçuşumuzda bəzi problemlər yarandı və bu, gecikməyə səbəb oldu. Mən sizinlə burada vaxt keçirməyi səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, FIFA prezidenti bu həftə Səudiyyə Ərəbistanı və Qətərə səfər edib, orada ABŞ prezidenti Donald Tramp və hər iki ölkənin liderləri ilə görüşüb.