
Hakimi son matçda niyə oynamadı?
PSJ-nin sağ cinah müdafiəçisi Əşrəf Hakiminin Liqa 1-in 29-cu turunda "Nant"la oyunda (1:1) iştirak etməməsinin səbəbi bəlli olub.
Sportlife.az xəbər verir ki, mərakeşli futbolçunun oynamaması zədə ilə bağlı deyil. Sadəcə, baş məşqçi Luis Enrike 26 yaşlı oyunçuya əlavə istirahət vermək qərarına gəlib.
PSJ Fransa çempionatında növbəti oyununu aprelin 25-də doğma meydanda “Nitsa”ya qarşı keçirəcək. Komanda aprelin 29-da isə Çempionlar Liqasının “Arsenal”la ilk yarımfinal matçı üçün Londona yollanacaq.
Cari mövsüm Əşrəf Hakimi parislilərin heyətində bütün turnirlərdə 42 matçda 6 qol vurub və 14 məhsuldar ötürmə edib.