Holann Levandovskiyə çatdı
Norveçli hücumçu Erlinq Holann DÇ-2026-nın seçmə turnirində ən çox qol vuran oyunçular siyahısına adını yazdırıb.
Sportlife.az xəbər verir ki, İtaliyaya qarşı qrup mərhələsinin son matçında (4:1) iki dəfə fərqlənən forvard qollarının sayını 16-ya çatdırıb. O, DÇ-2018-in seçmə mərhələsində 16 qol vuran polşalı Robert Levandovski ilə eyni göstəriciyə çatıb.
Qeyd edək ki, Norveç 28 ildən sonra ilk dəfə mundiala vəsiqə qazanıb. Onlar İtaliya, İsrail, Moldova və Estoniyanın daxil olduğu qrupda birinci yeri tutublar.