Holann üçün 250 milyon avro

  • 19 Fevral 2025, 12:51

"Mançester Siti"nin ulduzu Erlinq Holann gələn yay klubu tərk edə bilər.

Sportlife.az xəbər verir ki, "Real" hücumçuya böyük maraq göstərir. Florentino Peres komandadan ayrılacağı gözlənilən Vinisius Junioru norveçli forvardla əvəzləmək istəyir. "Kral klubu" Vinisiusun transferi üçün ən azı 250 milyon avro ayırmağı planlaşdırır.

Erlinq Holann bu mövsüm klub səviyyəsində 35 oyun keçirib, 27 qol vurub və 3 məhsuldar ötürmə edib.


Paylaş: