
İki futbolçu "Real"dan getmək istəyir
İki futbolçu "Real"dan ayrılmaq istəyir.
Sportlife.az xəbər verir ki, bunlar türkiyəli cinah oyunçusu Arda Gülər və braziliyalı hücumçu Endrikdir.
Hər iki oyunçu baş məşqçi Karlo Ançelottinin onlara verdiyi oyun vaxtından narazıdır.
Bu mövsüm Endrik klub səviyyəsində 22 oyun keçirib, 5 qol vurub və 1 məhsuldar ötürmə edib. Arda Gülər isə 27 matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.