İngilislərin hədəfindəki vunderkind

  • 14 Fevral 2025, 18:49

"Mançester Yunayted" və "Arsenal" "Portu"nun 17 yaşlı futbolçusu Rodriqo Mora ilə maraqlanır.

Sportlife.az xəbər verir ki, hücumameyilli yarımmüdafiəçinin müqaviləsində 55 milyon funt-sterlinq (66 milyon avro) məbləğində satın alma maddəsi var. Portuqaliyalı oyunçunun dəyərinin 2027-ci ilə qədər 70 milyon funt-sterlinqə (84 milyon avro) yüksələ biləcəyi vurğulanıb.

Mora bu mövsüm bütün turnirlərdə 25 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.


Paylaş: