İranlı nazirdən DÇ açıqlaması

  • 15 Aprel 2026, 10:47

İranın idman və gənclər naziri Əhməd Dünyamalı milli komandanın ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-da iştirakı ilə bağlı medianın sualını cavablandırıb.

Sportlife.az xəbər verir ki, nazirin sözlərinə görə, idmançıların təhlükəsizliyi təmin edilərsə, hökumət ölkədəki şərait nəzərə alınmaqla onların mundialda iştirak etməsinə icazə verəcək:

"Biz milli komandanın hazırlığını qorumağa və bütün logistik tələbləri yerinə yetirməyə borcluyuq. Vəziyyət nə qədər normallaşsa, DÇ-də iştirak ehtimalımız bir o qədər yüksək olar. Gərginlik nə qədər çox olarsa, bir sıra zəruri amilləri nəzərə alaraq bir o qədər çox qərar verməli olacağıq".


Paylaş: