
Kamavinqa ölkəsinə qayıda bilər
"Real"ın fransalı yarımmüdafiəçisi Eduardo Kamavinqa PSJ-nin maraq dairəsindədir.
Sportlife.az xəbər verir ki, Fransa nəhəngi 22 yaşlı futbolçu üçün 80 milyon avroluq təklif hazırlayır. Klub rəhbərliyi hesab edir ki, bu məbləğ danışıqların başlaması üçün kifayətdir.
Kamavinqa bu mövsüm klub səviyyəsində 19 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun dəyəri 80 milyon avro qiymətləndirilir.