Keyn bombardir oldu

  • 17 Noyabr 2025, 12:54

"Bavariya" və İngiltərə millisinin hücumçusu Harri Keyn dünya və Avropa çempionatlarının seçmə mərhələlərində ən çox qol vuran oyunçu olub.

Sportlife.az xəbər verir ki, forvard 2019-cu ildən bəri seçmə oyunlarda 40 qol vurub ki, bu da Avropa yığmaları üzrə ən yaxşı göstəricidir. Portuqaliyalı hücumçu Kriştianu Ronaldunun isə aktivində 32 qolu var.

İngiltərə DÇ-2026-nın seçmə mərhələsində 24 xal toplayıb və ardıcıl 8 oyunda qalib gələrək K qrupunda vahid lider olub.

Qeyd edək ki, dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.


Paylaş: