"Liverpul" 9 oyundur uduzmur

  • 9 Yanvar 2026, 14:49

"Liverpul"un İngiltərə Premyer Liqasında məğlubiyyətsizlik seriyası 9 oyuna çatıb.

Sportlife.az xəbər verir ki, Mersisayd klubu buna 21-ci turda evdə "Arsenal"a uduzmamaqla nail olub. Görüş qolsuz heç-heçə ilə başa çatıb.

"Qırmızılar" Premyer Liqada son dəfə 2025-ci ilin noyabrında "Nottinqem Forest"ə 0:3 hesabı ilə uduzub. O vaxtdan bəri Arne Slotun komandası 4 qələbə qazanıb və 5 heç-heçə edib.

Qeyd edək ki, "Liverpul" hazırda turnir cədvəlində d4-cü yerdədir.


Paylaş: