Luis Suares Messi və Neymardan danışdı
Luis Suares "Barselona"da oynadığı zaman argentinalı Lionel Messi və braziliyalı Neymarla bir araya gəlməsindən danışıb.
Sportlife.az xəbər verir ki, uruqvaylı futbolçu həmin günləri belə xatırlayıb:
“Bir çox insan üçümüzün necə oynayacağı ilə maraqlanırdı. Bununla belə, hər birimizin öz xüsusi rolu var idi. Bizim üçlük uğur qazanmaq istəyirdi, burada eqoizm yox idi. Leo və ya Neymar qol vuranda sevinc hissi keçirirdim. Penalti yerinə yetirmək hüququndan imtina edərək “Qızıl buts”u qazanmağıma kömək etdilər. O vaxtlar gözəl idi".
Xatırladaq ki, Suares 2014-2020-ci illərdə "Barselona"nın rənglərini qoruyub.