Maldininin oğlu klubunu dəyişdi

  • Dünən, 19:52

“Atalanta” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportlife.az xəbər verir ki, Berqamo təmsilçisi “Montsa”dan Daniel Maldinini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı hücumçu ilə müqavilə 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Maldini bu mövsüm “Montsa”da 20 oyunda 3 qol vurub. O, “Milan”ın məşhur futbolçusu Paolo Maldininin oğludur.


Paylaş: