Mançester klublarının ortaq hədəfi

  • 18 Fevral 2025, 15:39

"Atalanta"nın yarımmüdafiəçisi Şarl De Ketelare karyerasını İngiltərədə davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, 23 yaşlı belçikalı ilə "Mançester Siti" və "Mançester Yunayted" maraqlanır. İngilis komandaları futbolçunu yay transfer pəncərəsində almaq istəyir.

De Ketelaere bu mövsüm 37 oyuna çıxıb, 11 qol vurub və 11 məhsuldar ötürmə edib.


Paylaş: