"Mançester Siti"dən yeni transfer

  • 9 Yanvar 2026, 13:31

"Mançester Siti" cinah hücumçusu Antuan Semenyonun "Bornmut"dan transfer olunduğunu açıqlaıb.

Sportlife.az xəbər verir ki, 26 yaşlı qanalı futbolçu ilə 2031-ci ilin iyun ayının sonuna qədər müqavilə imzalanıb.

Transfer məbləğinin 75 milyon avro olduğu bildirilir.

Semenyo bu mövsüm bütün turnirlərdə 21 oyunda iştirak edib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib. O, əvvəllər "Bristol Siti", "Nyuport" və "Sanderlend"də oynayıb.


Paylaş: