Məşqçi Xavi futbolçu Xavidən daha çox cəzalanıb

  • 17 Aprel 2024, 21:55

"Barselona"nın baş məşqçisi Xavi Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ-yə qarşı cavab oyununda (1:4) qırmızı vərəqə aldığı üçün son bir ildə üçüncü dəfə kataloniyalıların məşqçilər skamyasını tərk etmək məcburiyyətində qalıb.

Sportlife.az xəbər verir ki, əvvəllər o, İspaniya çempionatında iki dəfə - "Xetafe" və "Atletiko" ilə görüşlərdə qırmızı vərəqə alıb. Həmçinin 44 yaşlı mütəxəssis 22 dəfə (16 çempionatda, 3 kubokda, 2 Çempionlar Liqasında, 1 Avropa Liqasında) xəbərdarlıqla cəzalanıb.

Maraqlıdır ki, Xavi "Barsa" oyunçusu kimi 767 matçda cəmi iki dəfə qırmızı vərəqə alıb - "Vilyarreal" və "Real Madrid" ilə görüşlərdə.


Paylaş: