Milan derbisini buraxacaq

  • Bu gün, 11:31

"İnter"in yarımmüdafiəçisi Henrix Mxitaryan zədə səbəbindən təxminən bir aylıq sıradan çıxıb.

Sportlife.az xəbər verir ki, o, A Seriyasında "Napoli"yə 1:3 hesabı ilə uduzduqları oyunda zədələnib və 32-ci dəqiqədə meydanı tərk edib.

Tibbi müayinə zamanı 36 yaşlı yarımmüdafiəçinin sol ayağında yarı vətər əzələsinin gərgin olduğu aşkar edilib. Mxitaryanın noyabrın sonuna qədər meydana qayıtması gözlənilir, lakin o, noyabrın 23-də "Milan"a qarşı keçiriləcək derbiyə hazır olmayacaq.

Mxitaryan bu mövsüm 12 oyunda meydana çıxıb.


Paylaş: