Millidə dopinq şoku

  • 17 Aprel 2024, 21:16

AVRO-2024-ün seçmə mərhələsində Gürcüstanla oyundan sonra Yunanıstan millisinin futbolçularından birinin dopinq testi müsbət çıxıb.

Sportlife.az Yunanıstanın SPORT24 nəşrinə istinadla xəbər verir ki, futbolçunun ilk dopinq testi qadağan olunmuş maddə üçün müsbət nəticə verib. Futbolçunun adı ikinci dopinq testi açıldıqdan sonra açıqlanacaq.

Yunanıstan millisi Gürcüstana penaltilər seriyasında (0:0, penaltilər - 2:4) uduzaraq bu yay iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək Avropa çempionatının qrup mərhələsinə düşə bilməyib.


Paylaş: