
Mövsümdə 2-ci istefa
"Valyadolid" baş məşqçisi Dieqo Kokkini istefaya göndərib.
Sportlife.az xəbər verir ki, mütəxəssis komandanın sükanı arxasında cəmi səkkiz oyun keçirib və 7 məğlubiyyət alıb.
Kokka ötən ilin dekabrında baş məşqçi təyin edilmişdi.
"Valyadolid" bu mövsüm ikinci dəfə baş məşqçisi ilə yollarını ayırıb. Dekabrın 1-də Paulo Pessolano vəzifəsini itirib.