MS türkiyəli futbolçuyla maraqlanır
"Mançester Siti" "İnter"in futbolçusu Hakan Çalhanoğlunun durumunu yaxından izləyir.
Sportlife.az "CaughtOffisde" portalına istinadən xəbər verir ki, türkiyəli yarımmüdafiəçi ilə maraqlanan klublardan biri də "Bavariya"dır.
Hakan 2021-ci ilin yayından "İnter"də çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 11 oyunda meydanda olub və 3 qol vurub.