
MY-dan gedənlər "qan edir"
"Napoli" İtaliya A Seriyasının XXXII turunda doğma meydanda "Empoli"ni 3:0 hesabı ilə darmadağın edib.
Sportlife.az xəbər verir ki, bu görüşdə Neapol təmsilçisinin yarımmüdafiəçisi Skott MakTominey 2 qola imza atıb. Bununla da şotlandiyalı futbolçu İtaliya çempionatında cari mövsüm vurduğu qolların sayını 8-ə çatdırıb.
28 yaşlı oyunçu "Napoli"yə ötən ilin avqustunda 30,5 milyon avro qarşılığında "Mançester Yunayted"dən keçib. Bu mövsüm "qırmızı şeytanlar"ın heç bir futbolçusu Premyer Liqada MakTomineydən çox qol vurmayıb. Yalnız Brunu Fernandeş keçmiş komanda yoldaşı qədər fərlənib.