Neymara görə prezidentə müraciət
Braziliya prezidenti Luis da Silva milli komandanın baş məşqçisi Karlo Ançelotti ilə söhbəti barədə mediaya danışıb.
Sportlife.az xəbər verir ki, o, italiyalı mütəxəssislə Neymarın dünya çempionatında mümkün iştirakını müzakirə etdiyini bildirib.
"Ançelotti ilə danışdım və o, məndən soruşdu ki, sizcə, Neymar milli komandaya çağırılmalıdırmı? Mən cavab verdim ki, əgər fiziki cəhətdən sağlamdırsa, səviyyəsi milli komandada oynamağa imkan verir (gülür)".
Ançelottinin Braziliyanın 26 nəfərlik heyətini mayın 18-də açıqlayacağı gözlənilir. Neymar yığmanın son təlim-məşq toplanışına daxil edilməyib.