"Nyukasl"dan İtaliya nəhənginə keçid

  • Dünən, 15:45

"Yuventus" "Nyukasl"ın futbolçusu Lloyd Kellinin keçidini yekunlaşdırmaq üzrədir.

Sportlife.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Turin təmsilçisi 26 yaşlı məkəz müdafiəçisini 15 milyon funt-sterlinqlik satınalma bəndi ilə icarəyə götürəcək. "Ağ-qaralar" həm futbolçu ilə, həm də klubu ilə razılıq əldə edib.

Qeyd edək ki, Lloyd Kelli ötən ilin yayından "Nyukasl"da çıxış edir. İngiltərə U-21 millisinin sabiq üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.


Paylaş: