
"O, gördüyüm ən pis penalti vuranlardan biridir"
"Atalanta"nın baş məşqçisi Canpyero Qasperini Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Brügge"yə məğlubiyyətdən (1:3) sonra Ademola Lukmanı tənqid edib.
Sportlife.az xəbər verir ki, italiyalı mütəxəssis 61-ci dəqiqədə penaltini yerinə yetirə bilməyən nigeriyalı futbolçu haqqında deyib:
"Lukman indiyə qədər gördüyüm ən pis penalti vuran oyunçulardan biridir. Əvvəllər qol vurduğu üçün penaltini yerinə yetirmək istəyirdi. O, Retegi və De Ketelarenin hazır olmasına baxmayaraq, topu özü götürdü. Lukmanın hərəkətini bəyənmədim”.