
Osimhen İngiltərəyə köçə bilər
"Qalatasaray"ın "Napoli"dən icarəyə götürdüyü Viktor Osimhen karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportlife.az xəbər verir, nigeriyalı forvardla "Mançester Yunayted" maraqlanır. Lakin futbolçunun Çempionlar Liqasındakı ambisiyaları və yüksək maaşı müqavilə imzalamağı çətinləşdirə bilər.
Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində 24 oyuna çıxıb, 19 qol vurub və 5 məhsuldar ötürmə edib.