
Palinya bu gün “Bavariya”nın oyunçusu olacaq
"Bavariya"nın yeni transferi Joau Palinya Münhenə gəlib.
Sportlife.az xəbər verir ki, portuqaliyalı futbolçu bu gün rəsmi müqaviləyə imza atacaq. O, artıq tibbi baxışdan uğurla keçib.
Portuqaliyalı "Bavariya" ilə 4 illik müqavilə imzalayacaq. Münhen klubu onun üçün "Fulhem"ə 50 milyon avro ödəyəcək.