"Parma"da yeni baş məşqçi

  • 18 Fevral 2025, 16:47

"Parma"nın yeni baş məşqçisi açıqlanıb.

Sportlife.az xəbər verir ki, bu vəzifəyə Kristian Kivu təyin edilib.

Müqavilənin müddəti 2026-cı ilin iyun ayına qədərdir.

Kivu əvvəllər "İnter"in gənclərdən ibarət komandalarını çalışdırıb.

"Parma" A Seriyasında 25 turdan sonra 20 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.


Paylaş: