
Patrik Şik Premyer Liqa yolunda
"Bayer"in hücumçusu Patrik Şik kariyerasını "Mançester Yunayted"də davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, "qırmızı şeytanlar” 29 yaşlı forvardla yaxından maraqlanır.
Çexiyalı futbolçunun özü də Premyer Liqada oynamaq istəyir. Tərəflər arasında artıq ilk təmas olub. "Bayer"in Şikin transferi üçün 25-30 milyon avro tələb edəcəyi gözlənilir.
Qeyd edək ki, Şik 2020-ci ildən "Bayer"də çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 40 oyun keçirib, 23 qol vurub və 1 məhsuldar ötürmə edib.