
Poçettino İngiltərəyə qayıdır
"Tottenhem"in keçmiş baş məşqçisi Maurisio Poçettino London klubuna qayıda bilər.
Sportlife.az xəbər verir ki, hazırkı çalışdırıcı Ange Postekoqlu Avropa Liqasını qazansa belə, mövsümün sonunda istefaya göndəriləcək.
Klubun prezidenti Daniel Levi öz qərarı ilə bağlı hələlik yunanıstanlı mütəxəssisi məlumat verməyib.
Poçettino 2014-2019-cu illərdə "Tottenhem"ə rəhbərlik edib.