
Premyer Liqa klubu transferi açıqladı
"Çelsi"nin futbolçusu Ben Çilvell mövsümün qalan hissəsini Londonun digər klubunda keçirəcək.
Sportlife.az xəbər verir ki, "Kristal Pelas" 28 yaşlı sol cinah müdafiəçisini cari mövsümün sonuna qədər icarəyə götürdüyünü açıqlayıb.
Çilvell son vaxtlar "Çelsi"də nadir hallarda meydana çıxırdı. Müdafiəçi ötən mövsüm bütün turnirlərdə "Çelsi"nin heyətində 21 görüş keçirmişdi.