"Qalatasaray"ın sabiq futbolçusu III Liqa klubunu çalışdıracaq

  • 2 Oktyabr 2024, 13:21

Türkiyə millisinin və “Qalatasaray”ın sabiq müdafiəçisi Ergün Penbe aşağı liqa klubunda çalışacaq.

Sportlife.az xəbər verir ki, 52 yaşlı mütəxəssis ölkəsinin ikinci liqasında çıxış edən “Mersin İdman Yurdu”nun baş məşqçisi təyin edilib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla bu mövsümün sonunadək müqavilə imzalanıb.

E. Penbe 1994-2006-cı illərdə Türkiyə millisində, 1994-2007-ci illərdə isə “Qalatasaray”da çıxış edib.


Paylaş: