"Real"da ciddi itki

  • Bu gün, 11:54

"Real"ın sağ cinah müdafiəçisi Dani Karvaxal iki-üç ay müddətinə yaşıl meydanlardan kənarda qalacaq.

Sportlife.az xəbər verir ki, 33 yaşlı futbolçunun sağ dizində xondromata aşkarlanıb. Onun artroskopik əməliyyata ehtiyacı var.

Karvaxal La Liqanın 10-cu turunda "Barselona"ya 2:1 hesabı ilə qalib gəldikləri oyunda zədə alıb.

Futbolçu bu mövsüm "Real"ın heyətində cəmi 9 oyunda meydana çıxıb.


Paylaş: